Eniston Britaniya şahzadəsi Harriyə “yox!” deyib

09:00 18-06-2019 743

Aktrisa Cennifer Eniston yaş fərqinə görə Britaniya şahzadəsi Harri ilə görüşməkdən imtina edib.

Bu haqda Express yazır.

Dərc olunan məqaləyə görə, Eniston ona valeh olan şahzadə Harriyə biganə qalıb. Sonuncu Hollivud ulduzunu romantik görüşə dəvət etsə də, Eniston rədd cavabı verib.

Buna baxmayaraq Harri bir neçə il ərzində aktrisaya olan sevgisinə sadiq qalıb və onu “əsl şahzadə” adlandırıb.