Vilayət Eyvazovdan ilk - TƏYİNAT

21:09 09-07-2019 799

Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə yeni rəis təyin edilib.

E-huquq.az-ın əldə etdiyi xəbərə görə, Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə bu idarəyə Qarayev Bəkir Qalib oğlu rəis təyin edilib. 

B.Qarayev Ağdaş Rayon Polis Şöbəsinin sabiq rəisi Qalib Qarayevin oğludur.

Qeyd edək ki, bu, Vilayət Eyvazovun nazir kimi ilk rəis təyinatıdır.