İki narkotik satıcısı Səbail polisi tərəfindən saxlanıldı

19:00 16-02-2020 557

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. 

DİN-dən HerGun.Az-a verilən məlumata görə, 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq 285 qram kustar üsulla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, “Toto” ləqəbli, əvvələr CM-nin müxtəlif maddələri ilə məhkum olunmuş 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram kustar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.  

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.