Ramil Şeydayev Kürdəmirin ”Bığ” restoranında çəkdirdiyi fotodan danışdı

23:40 17-02-2020 422

"Millimizin baş məşqçisi kimi Rəşad Sadıqovu görmək istərdim. Onu həm ”Qarabağ”da sabiq komanda yoldaşım kimi, həm də 21 yaşadək millidən eks baş məşqçim kimi tanıyıram. O, müasir futbolu yaxşı bilir. Ona deyərdim ki, futbolu bitirib məşqçiliyə başlasın".

HerGun.Az xəbər verir ki, bunu ”Sabah” klubunun yeni transferi Ramil Şeydayev ”Bol idman” verilişində qonaq olarkən deyib.

Daha sonra o, əslən Kürdəmir rayonundan olması, məşhur ”Bığ”  restoranı önündə şəkil çəkdirməsindən danışıb: ”Babam, nənəm, valideynlərim bu rayonda doğulub və yaşayıb. Bu rayon mənə doğmadır. ”Bığ” restoranının o zonada məşhur olduğunu bilirdim. Ona görə də şəkil çəkdirdim... Ümid edirəm ki, tezliklə Kürdəmirdə də böyük futbol olar”.

Qeyd edək ki, Ramil Şeydayev bu gün "Sabah"la cari mövsümün sonunadək müddət əhatə edən müqavilə bağlayıb.

Səbuhi Musayev