Həyətində maşını park edən yad sürücünü bellə döydü – VİDEO

01:00 18-02-2020 420

Həyətində qar təmizləyən kişi, maşını onların həyətində park edən sürücünü bellə döyüb. Baş verənlər başqa avtomobilə quraşdırılmış qeydiyyat kamerası tərəfindən qeydə alınıb.

Bu barədə “Vesti” xəbər yayıb.

Bildirilir ki, kişi sürücünün bu həyətin sakini olmamasını əsas gətirərək, ondan getməsini istəyib, gəncin onu saymadığın görəndə isə beli işə salıb.

Zərərçəkən polisə müraciət etsə də, hücum edən məsuliyyətə cəlb olunmayıb.