Özünü göstərmək istəyən içkili qadın reanimasiyalıq oldu

03:20 18-02-2020 342

Rusiyanın Krasnodar əyalətində içkili qadın öz tanışına akrobatik bacarıqlarını nümayiş etdirmək istəyib.

“Ren TV” xəbər verir ki, bunun üçün qadın mələfələrdən kəndir düzəldərək altıncı mərtəbədən düşməyə başlayıb.

Yarıyolda 41 yaşlı qadın qadın müvazinətini itirərək yerə yıxılıb.

Müxtəlif xəsarətlər alan “akrobat” yerli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.