İsraildə eramızdan əvvəl ikinci minilliyə təsadüf edən məbəd tapıldı

04:00 18-02-2020 492

Qüds Yəhudi Universitetinin professoru Yosef Qurfinkel bir qrup arxeoloqla birgə Hanaan dövrünə aid məbədin qalıqlarını aşkar edib.

“Lenta.ru” xəbər verir ki, məbəd Kiryat-Qat şəhərində yerləşən bürünc dövrə aid Lahiş məntəqəsində tapılıb.

Qeyd etmək lazımdır ki, bu tapıntı eramızdan əvvəl XII əsrə təsadüf edir.

İsrail arxeoloqları daha əvvəl Şxem, Meqiddo və Tel-Hazor şəhərlərində Hanaan mədəniyyətinə aid bir neçə məbəd aşkar edilbər.

Lahişdəki məbəd digərlərindən düzbucaq forması və əlavə yan otaqları ilə fərqlənir.

Xatırladaq ki, Qüdsdəki Süleyman Məbədi məhz həmin üslubda tikilib.