“Rapunsel: Qarışıq hekayə” animasiyası film şəklində ekranlaşacaq

00:20 19-02-2020 490

“Disney” şirkəti “Rapunsel: Qarışıq hekayə” animasiyasını film şəklində ekranlaşdıracaq.

Bu barədə “Screen Rant” məlumat yayıb.

Kinostudiyadan məlumatı təsdiqləyiblər, lakin layihənin ilkin mərhələdə olduğunu bildiriblər.

Ssenarini “Şelkunçik və dörd krallıq” filminin ssenaristi Eşli Pauellin yazacağı bəlli olub.

Lakin filmin 2010-cu ildə ekranlaşdırılan animasiya filmini təkrar edib-etməyəcəyi və ya təsisçilərin “Qrimm qardaşları” nağılının orijinal məzmununa müraciət edib-etməyəcəyi məlum deyil.