Çempionlar Liqasında gözlənilməz nəticə: “Liverpul” və PSJ məğlub oldular - VİDEO

02:20 19-02-2020 624

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. 

İlk oyun günündə iki maraqlı qarşılaşma baş tutub. “Atletiko” doğma meydanında turnirin son qalibi “Liverpul”u qonaq edib. Ev sahibi İngiltərə nəhənginə 1:0 hesabı ilə qalib gəlib. Oyunda yeganə qolu 4-cü dəqiqədə Saul vurub. 

Turnirin favoritlərindən biri hesab olunan PSJ isə “Borussiya”nın qonağı olub. Almaniya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Qolların üçü də ikinci hissədə vurulub. Qonaqların yeganə qolunun müəllifi Neymar, ev sahiblərinin qollarının isə yeni transfer 19 yaşlı Erling Haland olub.

Qeyd edək ki, cavab qarşılaşmaları martın 11-də keçiriləcək.