Rusiyada avtomobil qəzası nəticəsində beş nəfər həlak olub

03:00 19-02-2020 340

Rusiyanın Kalmıkiya Respublikasında ağır-yol hadisəsi baş verib.

“RİA Novosti” xəbər verir ki, “Lada Granta” və “Datsun on-Do” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər həyatını itirib.

Daha bir nəfər ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.