Braziliyada 21 mindən çox neftçi tətil edir

05:00 19-02-2020 322

Braziliyanın nəhəng energetika şirkəti olan “Petrobras”ın 120-ə yaxın departamentini təmsil edən 21 mindən çox neft sənayesi işçisi tətil edir.

Braziliyanın Neft İşçiləri Federasiyası xəbər verir ki, tətil artıq 18 gündür ki davam edir.

Braziliyanın Əmək mübahisələri üzrə Ali məhkəməsi bu tətili qanunsuz hesab edib.

“Əsas məqsəd neftçilərin tətili davam etməsi və həmkarlar ittifaqlarının tapşırıqlarına qulaq asmasıdır”, - deyə federasiyadan bildiriblər.