19 yaşlı futbolçu “Borussiya”nın tarixinə düşdü

10:00 19-02-2020 75

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan “Borussiya” və PSJ arasındakı qarşılaşma gənc futbolçu Erling Haland üçün əlamətdar olub.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

1/8 final mərhələsinin ilk qarşılaşmasında evində PSJ-ni məğlub edən almanların hər iki qolunu 19 yaşlı Erling Haland vurub. Gənc futbolçu bu qolla “Borussiya” forması ilə yeddinci qarşılaşmada 11-ci qolunu vurub.

Haland bu mövsüm Çempionlar Liqasında 10 dəfə fərqlənib.

Almaniya təmsilçisinin 19 yaşlı norveçli ulduzu Haland ölkə çempionatı, kubok və Çempionlar liqasında meydana çıxdığı ilk oyunda qol vurmağı bacaran ilk futbolçu kimi “Borussiya” tarixinə düşüb.

Qeyd edək ki, “Borussiya” PSJ-ni 2-1 hesabı ilə məğlub edib. İki komanda arasında revanş mübarizəsi martın 11-də Parisdə keçiriləcək.