Bakıda qadın asetondan zəhərlənib

12:00 19-02-2020 520

Fevralın 17-də Bakının Xəzər rayonunda bir qadın asetondan zəhərlənib.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Şağan kənd sakini Tahirə Məmmədova (1955-ci il təvəllüdlü) aseton içib. O, Toksikoloji Mərkəzdə xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

T.Məmmədovanın psixi pozğunluqdan əziyyət çəkdiyi bildirilir.

Hadisənin intihar cəhdi olub-olmadığı hələ müəyyənləşdirilməyib.

Faktla bağlı istintaq davam edir.

Ramella İbrahimxəlilova