Saxta sənədlərlə maliyyə işləri aparan dəstə tutuldu - FOTO

16:20 19-02-2020 537

Saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan dəstə üzvləri ifşa edilib.

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində saxta sənədlər əsasında maliyyə əməliyyatları aparan şəxslər ifşa edilib. 

Baş İdarə əməkdaşları tərəfindən keçirilmiş tədbir zamanı əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Eldar Şahgəldiyev tutulub. Onun idarə etdiyi avtomobilə baxış zamanı 60-a yaxım firmaya məxsus möhür, sənədlər və çek kitabçaları aşkar olunaraq götürülüb.

Tədbirin davamı olaraq, Eldar Şahgəldiyevin saxta əməliyyatlar aparmaq üçün adlarına firmalar açdığı dəstənin digər üzvləri -  oğlu Elnur Şahgəldiyev, tanışları Xəyal Quliyev və Oqtay Xudatov da saxlanılaraq məsuliyyətə cəlb edilib. Eldar Şahgəldiyev ifadəsində əvvəllər də eyni qanunazidd əməllər etdiyinə görə, məsuliyyətə cəlb edildiyini bildirib.

Qeyd edilən faktla bağlı saxlanılan şəxslər barəsində Baş İdarədə qanunauyğun tədbirlər görülüb, araşdırmalar davam etdirilir.