Bakıda dava qanlı bitdi: İki nəfər bıçaqlandı

23:20 19-02-2020 353

Bakının Binəqədi rayonunda iki nəfər dava zamanı bıçaqlanıb. 

APA xəbər verir ki, hadisə Binəqədi qəsəbəsində qeydə alınıb. 

1985-ci il təvəllüdlü Talıbov Şafiq Mamed oğlu və 1978-ci il təvəllüdlü Məmmədov Rahim Rəşid oğlu tanımadıqları şəxlə mübahisə edib. Mübahisə zamanı onların hər ikisi bıçaqlanıb. 

Yaralılar 1 saylı şəhər xəstəxanasına çatdırılıb.