Məşhur müğənnini hədələyib soydular

00:20 20-02-2020 369

Böyük Britaniyada məşhur müğənni və aktyor Harri Stayls qarət olunub.

Bu barədə “New York Post” xəbər yayıb.

Bildirilir ki, artist bıçaqla hədələnib. Hadisə Londonda baş verib.

20 yaşlarında olduğu ehtimal edilən qarətçi 26 yaşlı Staylsdan pullarını tələb edib, o da verib. Pulun dəqiq məbləği açıqlanmayıb.  

Stayls polisə müraciət edib, ancaq qarətçi hələ saxlanılmayıb.

Qeyd edək ki, Harri Stayls “One Direction” rok qrupunun yaradıcılarından biridir. 2016-cı ildə qrup birgə fəaliyyətini dayandırdı, Stayls solo karyerası ilə məşğul olmağa başladı. 2017-ci ildə isə o, Kristofer Nolanın “Dunkirk” filmində çəkilib.