Millimizin dörd üzvü İsveçdəki “Prezident Kuboku”nda dörd medal qazandı - FOTO

15:00 20-02-2020 521

İsveçin Helsinqborq şəhərində Avropa regionu üzrə sayca V olan “Prezident Kuboku” davam edir.

HerGun.Az xəbər verir ki, turnirə qatılan millimizin dörd üzvü artıq adlarını mükafatçılar sırasına yazdırıb.

Komandamızın üzvü Payam Qobadi Oğaz 87 kq çəki dərəcəsində qızıl medal qazanaraq yarışın qalibi olub.

Digər taekvondoçulardan Ayxan Tağızadə (-74 kq), Radik İsayev (+87 kq) və Patimat Abakarova (-53 kq) yarımfinalda məğlub olaraq yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, milli komandanın taekvondoçuları fevralın 22-də keçiriləcək “Helsinqborq Open” beynəlxaq turnirində də qüvvələrini sınayacaq.