“Qarabağ” Çempionlar Liqasında ilk görüşünə Tiranada çıxır

09:45 10-07-2019 556

Bu gün 2019/2020 mövsüm üçün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin digər səkkiz oyunu keçiriləcək.

HerGun.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da bu gün UEFA-nın ən ali turnirində ilk matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələrinin rəqibi Albaniya çempionu “Partizani”dir. 16 qat Albaniya çempionu olan Tirana klubunu 51 yaşlı italiyalı baş məşqçi Franko Lerda çalışdırır. Ağdam klubunda əsas mərkəz müdafiəçisi Bədəvi Hüseynov zədəli olduğundan bu matçda meydana Rahil Məmmədovun çıxacağı gözlənilir.

Bakı vaxtı ilə saat 19:30-da başlayacaq görüşdə hakimlər İslandiyadan olacaq. Görüşü 2010-cu ildən FIFA referesi olan Torvaldur Arnason idarə edəcək. Görüş “Partizani”nin müvəqqəti stadionu olan Selman Stermasi adına arenada baş tutacaq.

Qeyd edək ki, bu matç “CBC Sport” telekanalı vasitəsilə yayımlanacaq.

Səbuhi MUSAYEV