Cinsini dəyişib transgender olan rusiyalı müğənni səhnəyə qayıdır - FOTO/VİDEO

10:00 21-02-2020 620

“Bıçaqdan daha iti qaçmaq” və “Mənimlə sənin aranda” mahnıları ilə məşhurlaşan 41 yaşlı rus müğənni Oskar (əsl adı Şamil Malkanduyev) cinsini dəyişib.

HerGun.Az xəbər verir ki, cinsini dəyişib transgender olan müğənni müsahibəsində sənətə yenidən qayıtmaq istədiyini söyləyib.

Oskardan Skarletə çevrilən ifaçı qalmaqallı müsahibəsində uşaqlıqdan qız olmaq istədiyini deyib:

“Uşaqlıqda qız paltarı geyinib, dikdaban ayaqqabıda gəzməyi çox sevirdim. Hər zaman mənə elə gəlirdi ki, belə də olmalıdır. Çox rahat idim. Heç vaxt futbol və ya digər idman növləri ilə maraqlanmamışam. Məktəbdə məni Madonna kimi çağırırdılar, amma bilmirəm niyə?”


Ş.Malkanduyev Nalçik şəhərində anadan olub. 1990-cı illərin sonlarında ali təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmaq üçün Moskvaya köçüb. Daha sonra o, Oskar və Şamil təxəllüsləri ilə səhnələrdə çıxış edib.

Rəşad Əliyev