55 yaşlı Monika Belluççi dəbli jurnal üçün açıq-saçıq şəkillər çəkdirdi

07:00 22-02-2020 735

İtaliyalı məşhur aktrisa və model Monika Belluççi “L'Officiel Italia” jurnalı üçün açıq-saçıq fotosessiyada iştirak edib. O, şəkillərdən birini özünün “Instagram” səhifəsində paylaşıb.

55 yaşlı dünya ulduzu şəkildə “Gucci”nin zolaqlı pencəyindədir. Aktrisa, həmçinin elə həmin brendin qaşlarla bəzədilmiş kəmərini taxıb. Belluççinin obrazını isə “Dolce Gabbana”nın əlcəkləri tamamlayır.

Fotosessiyanın müəllifinin məşhur feşn-fotoqraf Patrik van Malderin olduğu bildirilir.