Bakıda nəfəs borusunda dərman qalan 3 yaşlı uşaq öldü

11:40 22-02-2020 90

Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Report” xəbər verir ki, hadisə Xətai rayonunda baş verib.

Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.