İtaliya A seriyasına koronavirus əngəli

11:40 23-02-2020 63

İtaliyada son iki gün ərzində koronavirus infeksiyasına yoluxanların sayı 79 nəfərə çatıb. 

Yerli mətbuatın məlumatına görə, virusun kütləvi şəkildə yayılmasının qarşısını almaq üçün Lombardiya və Veneto regionları ərazilərindəki bütün idman tədbirləri ləğv olunub. 

Bu barədə ölkənin baş naziri Cüzeppe Konte açıqlama verib.  

Ləğv olunmuş tədbirlər sırasına A Seriyasının “Verona” - “Kalyari”, “Atalanta” - “Sassuolo” və “İnter” - “Sampdoriya” matçları da daxildir.  

Bu gün keçirilməli olan hər üç qarşılaşma qeyri-müəyyən tarixə qədər təxirə salınıb.  

Bundan əlavə həvəskarlar və gənclər liqasındakı görüşlər də baş tutmayacaq.