Bu məntəqənin nəticələri etibarsız sayıldı

17:40 24-02-2020 454

Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad Seçki Dairəsinin 28 saylı məntəqəsinin nəticələri etibarsız sayılıb. 

HerGun.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qərar çıxarılıb. 

Qeyd edək ki, şikayəti həmin dairə üzrə namizəd Qiyas Sadıqov ünvanlayıb. 

Həmin dairənin lider namizədi Kamal Cəfərovdur. 

Aqşin Kərimov