“Liverpul” qələbə seriyasını davam etdirir

05:00 25-02-2020 454

İngiltərə Premyer-Liqasının 27-ci turu çərçivəsində “Liverpul” “Vest Hem Yunayted”i qəbul edib.

“Çempionat” xəbər verir ki, “Enfild” stadionunda keçən oyun mersisaydlıların 3:2 hesablı qələbəsi ilə bitib.

“Liverpul”un qollarını Məhəmməd Salah, Sadio Mane və Jorjinyo Veynaldum vurub.

Rəqib komandada isə müdafiəçi İssa Diop və yarımmüdafiəçi Pablo Fornals qollarla yadda qalıb.

Qeyd etmək lazımdır ki, bununla “Liverpul” cari ölkə çempionatı çərçivəsində məğlubiyyətsiz görüşlərinin sayını 27-ə çatdırıb.

Həmçinin bu klubun 18-ci dalbadal qələbəsi oldu.