Gəncədə qaçırılan avtomobil Mingəçevirdə tapılıb - VİDEO

07:00 25-02-2020 772

Fevralın 20-də gecə saatlarında Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisindən, şəhər sakini Turan Haciyevə məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə polisə müraciət daxil olub.

HerGun.Az xəbər verir ki, aparılan araşdırmalar nəticəsində hadisəni törədən şəxsin Mingəçevir sakini, 32 yaşlı Məhəmməd Abbasov olduğu müəyyən edilib.

Abbasov şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilib.

Qeyd edək ki, Abbasov əvvəllər məhbus həyatı yaşayıb.

İndi onun bundan başqa cinayət hadisələrində izinin olub olmaması istiqamətində araşdırmalar aparılır.