MSK daha iki məntəqəni “etibarsızlaşdırdı”

18:00 25-02-2020 410

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 40 saylı Kəpəz İkinci (Gəncə) Seçki Dairəsi üzrə iki məntəqənin nəticələri ləğv edilib.

HerGun.Az-ın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qərar çıxarılıb.

MSK qərara alıb ki, həmin dairənin 4 və 6 saylı seçki məntəqələrinin nəticələri etibarsız sayılsın. 

Qeyd edək ki, adıçəkilən dairənin lider namizədi Musa Quliyevdir. 

Aqşin Kərimov