Məzahir Pənahov Erkin Qədirlini “çoxbilmiş” adlandırdı

19:20 25-02-2020 418

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 16 saylı Yasamal İkinci Seçki Dairəsi üzrə lider namizəd Erkin Qədirlinin müraciətinə baxılıb.  

HerGun.Az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.  

Erkin Qədirli şikayətində bildirib ki, həmin dairənin səkkiz məntəqəsində seçicilərin iradəsini müəyyələnləşdirməyə imkan verməyən hallar aşkarlanıb.  

“Erkin Qədirli bildirir ki, səkkiz məntəqənin nəticələri etibarsız sayılsın”, - deyə Arifə Muxtarova əlavə edib.  

MSK sədri Məzahir Pənahov isə bildirib ki, Erkin Qədirli çoxbilmişdir: 

“O bilir ki, dairə üzrə lider namizəddir, amma deyir ki, bəzi məntəqələrin nəticələri etibarsız sayılsın. O, çoxbilmişdir, bilir ki, bu, nəticəyə təsir etməyəcək”.  

MSK qərara alıb ki, Erkin Qədirlinin müraciəti təmin edilməsin.  

Aqşin Kərimov