Rusiyalı qız üç azərbaycanlı kişiyə görə cərimə ödədi

17:00 26-02-2020 329

Rusiyada azərbaycanlılar saxta sənədlə qeydiyyata alınıb.

Pln-pskov.ru-nun xəbərinə görə, 24 yaşlı Pskov vilayətinin sakini Azərbaycan vətəndaşlarını qanunsuz yolla qeydiyyata alıb.

Məlum olub ki, rus qız Miqrasiya İdarəsinə üç azərbaycanlı kişinin onun evində yaşaması barədə saxta sənəd təqdim edib. Halbuki həmin şəxslər onun evində yaşamayıblar.

Miqrasiya qanunvericiliyini pozan Rusiya vətəndaşı 10000 rubl (260 AZN) məbləğində cərimə edilib.