Bakıda ağır qəza: Üç nəfər öldü

17:40 26-02-2020 321

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. 

Qəza zamanı üç avtomobil toqquşub. 

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva saytımıza açıqlamasında bildirib ki, hadisə zamanı iki qadın və bir kişi ölüb.

İlhamə Əbülfət