Çempionlar Liqasında sensasiya: Turnirin favoritləri məğlub oldu

02:00 27-02-2020 405

Bu gün Çempionlar Liqasında 1/8 finalın ilk oyunlarına yekun vurulub.

Son oyun günündə iki görüş keçirilib. Gecənin əsas qarşılaşması “Real”la “Mançester Siti” arasındakı matç hesab olunurdu.

Günün digər qarşılaşmasında isə “Yuventus” “Lion”un  qonağı olub. 

Madrid klubu doğma azarkeşlər önündə oyunun sonuna yaxın qələbəni əldən verib. 

Lion şəhərində baş tutan oyunda sensasiya baş verib. Turnirin əsas favoritlərindən biri hesab olunan “Yuventus” klubu məğlub olub. 

 “Real” (İspaniya) - “Mançester Siti” (İngiltərə) - 1:2
  Qol: İsko, 60

 “Lion” (Fransa) - “Yuventus” (İtaliya) - 1:0 
  Qol: Tousart, 31