Dənizə girən azərbaycanlı model izləyicilərini məsxərəyə qoydu: “Mənə xəz göndərin” - FOTO

09:20 27-02-2020 524

“Miss Azerbaijan 2019”un qalibi, tanınmış model Səmra Hüseynova Sinqapurda qısa tətilini başa vursa da, açıq-saçıq fotoları ilə izləyicilərini təəccübləndirməkdə davam edir.

HerGun.Az xəbər verir ki, cazibədarlığı və seksuallığı gözoxşayan model ağ qısa köynəkdə dənizə girib.

Köynəyinin ön hissəsinin düymələrini açıq saxlayan Səmranın yarıçılpaq geyimi diqqətdən qaçmayıb.

Cəsarətli model paylaşdığı şəkillərə “Eşitdim ki, siz dənizdə xəzlə çimirsiniz, utandım. Köynəyimi aşağı çəkdim. Amma bu qədər uzun imiş, mənə xəz göndərin”, - şərhini yazaraq, izləyicilərini güldürüb.

Rəşad Əliyev