Koronavirusun əngəl olduğu dünyanın mühüm idman yarışları - SİYAHI

14:00 29-02-2020 430

Dünyanı qorxuya salan koronavirusun (COVID-19) yayılması idman aləminə də təsirsiz ötüşməyib.

HerGun.Az indiyədək dünya idman aləmində koronavirusun əngəl olduğu mühüm yarışları təqdim edir. 

Kamandan oxatma

Çinin Şanxay şəhərində (4-10 may) keçirilməli olan Dünya Kubokunun ikinci mərhələsi ləğv edilib.

Atletika

Qapalı məkanda Çinin Nançin şəhərində (13-15 mart) keçirilməli olan dünya çempionatı 2021-ci ilin martına təxirə salınıb.

Qapalı məkanda Çinin Xancou şəhərində (12-13 fevral) keçirilməli olan Asiya çempionatı ləğv edilib. 

Avtoyarış

Çinin Şanxay şəhərində (19 aprel) keçirilməli olan Formula-1 Qran-Prisi təxirə salınıb. Yarışın yeni vaxtı hələ müəyyənləşdirilməyib.

Badminton

Filippinin paytaxtı Manilada (11-16 fevral) keçirilmiş komandalararası Asiya çempionatında Çin və Honkonqun kişi və qadınlar, eləcə də Hindistanın qadınlar komandası yarışdan çəkilib.

Beyzbol

Yaponiya Peşəkar Beyzbol Liqasında 26 fevral-15 mart tarixlərində keçirilməli olan mövsüm öncəsi bütün oyunlar azarkeşsiz olacaq.

Basketbol

Qadınların Olimpiya təsnifat turniri (6-9 fevral) Çinin Foşan şəhərindən Serbiyanın paytaxtı Belqrada keçirilib.

Biatlon

Çinin Canqciakou şəhərində Olimpiya test yarışı (27 fevral-2 mart) ləğv olunub.

Boks

Asiya-Okeaniya Olimpiya təsnifat turniri Çinin Uxan şəhərindən (3-11 mart) İordaniyanın paytaxtı Ammana verilib.

İdman dırmanması

Çinin Vucian (18-19 aprel) və Çonçin (22 aprel) şəhərlərində keçirilməli olan Dünya Kuboku yarışları ləğv olunub.

Atçılıq

Honkonqdakı (14-16 fevral) Masters Seriya turniri ləğv olunub.

Otüstü hokkey

Hokkey Pro Liqasında Çinin Belçika (8-9 fevral) və Avstraliya ilə (14-15 mart) matçları təxirə salınıb.

Qolf

Sinqapurda keçirilməli olan qadınların dünya çempionatı (27 fevral-1 mart) ləğv olunub.

Gimnastika

Avstraliyanın Melburn şəhərində keçirilmiş (20-23 fevral) idman gimnastikası üzrə Dünya Kubokunda Çin komandası iştirak etməyib.

Həndbol

Monteneqroda keçirilən qadınların Olimpiya təsnifat turnirində (20-22 mart) Çin komandası geri çəkilib. Honkonq komandası isə iştirak etmək dəvətindən imtina edib.

At qaçışı yarışı

Yaponiya At Yarışı Assosiasiyası 27 fevraldan bütün yarışların azarkeşsiz keçirilməsinə qərar verib.

Buzüstü hokkey

Çinin Yüksək Hokkey Liqasının klubları ev oyunlarını Rusiyada keçirməyə başlayıb.

Cüdo

Parisdəki (8-9 fevral) və Düsseldorfdakı (21-23 fevral) Böyük Dəbilqə turnirlərində Çin idmançıları iştirak etməyib.

Müasir pentatlon

Çinin Siamen şəhərində keçirilməli olan (25-31 may) dünya çempionatı Meksikanın Kankun şəhərinə salınıb.

Reqbi

İtaliyanın kişi və qadın komandalarının oyunları təxirə salınıb, Honkonqdakı qadınların dünya çempionatı 14-22 martdan 8-16 may tarixinə keçirilib.

Yelkən idmanı

Martda Çində keçirilməli olan Asiya çempionatının oyunları apreldə İtaliyanın Cenoa şəhərinə salınıb.

Xizəksürmə

Çinin Yençin şəhərindəki dağ xizəyi üzrə Dünya Kuboku (15-16 fevral) ləğv olunub.

Futbol

Asiya Çempionlar Liqasının Çin və İran klublarının iştirakı ilə keçirilən matçları təxirə salınıb. Cənubi Koreya komandalarının matçları azarkeşsiz keçiriləcək.

Avropa Liqasında İtaliyanın Milan şəhərində (27 fevral) “İnter” – “Ludoqorets” matçı bağlı qapılar arxasında keçirilib.

Dünya çempionatının seçmə mərhələsinin Çin – Maldiv adaları (26 mart) və Çin – Quam (31 mart) görüşləri Tailandın Buriram şəhərinə salınıb. Bu oyunlara azarkeşlərin gəlməsinə qadağa qoyulub.

Fevralın sonları başlamalı Çin və Cənubi Koreya çempionatlarının startı təxirə salınıb.

İran çempionatı fevralın 24-dən azarkeşsiz keçirilir.

25 fevral-15 mart tarixlərindəki Yaponiya çempionatının oyunları təxirə salınıb. 

Türkmənistanın paytaxtı Aşqabadda keçirilməli olan futzal üzrə Asiya çempionatı (26 fevral-8 mart) təxirə salınıb.

Sürətli konkisürmə

Cənubi Koreyanın paytaxtı Seuldakı dünya çempionatı (13-15 mart) ləğv olunub.

Üzgüçülük

Qazaxıstanın paytaxtı Nur-Sultandakı su polosu üzrə Asiya çempionatı (12-16 fevral) ləğv olunub.

Stolüstü tennis

Cənubi Koreyanın Busan şəhərindəki komandalararası dünya çempionatı 22-29 maydan 21-28 iyun tarixlərinə keçirilib.

Taekvondo

Çinin Usi şəhərində keçirilməli olan (10-11 aprel) Asiya Olimpiya təsnifat turniri İordaniyanın paytaxtı Ammana salınıb.

Tennis

Deyvis Kubokunda (6-7 mart) Çinə Rumıniya ilə görüşdə texniki məğlubiyyət verilib.

Triatlon

Çinin Çandu şəhərindəki Dünya Kuboku (10 may) təxirə salınıb.

Voleybol

Çinin Yancou şəhərindəki çimərlik voleybolu üzrə Dünya Kuboku (22-26 aprel) təxirə salınıb.

Ağırlıqqaldırma

Asiya çempionatı (18-25 aprel) Qazaxıstanın paytaxtı Nur-Sultandan Özbəkistanın paytaxtı Daşkəndə keçirilib.

Güləş

Hindistanın Yeni Dehli şəhərində keçirilmiş (20-23) fevral Asiya çempionatında Çin, Şimali Koreya və Türkmənistan komandaları iştirak etməyib.

Çinin Sian şəhərində keçirilməli (27-29 mart) olan Asiya Olimpiya təsnifat turniri Qırğızıstanın paytaxtı Bişkekə salınıb. 

Səbuhi Musayev