Ordunun şəxsi heyət və döyüş texnikası təlim bölgəsinə yola düşdü - FOTO/VİDEO

17:20 01-03-2020 505

Azərbaycan Ordusunda keçiriləcək genişmiqyaslı komanda-qərargah təlimlərinin rəhbərliyi, eləcə də təlimlərə cəlb edilən şəxsi heyət və xüsusi texnika təlim bölgəsinə yola düşüb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Şəxsi heyət və texnikanın bütün hərəkət marşrutlarında komendant xidməti təşkil olunub, kolonların yerdən və havadan müşayiət edilməsi həyata keçirilir. Bir neçə mərhələdən ibarət keçiriləcək təlimlər martın 6-dək davam edəcək.