Məşhur futbolçu pul qoyuluşunda iştiraka görə diskvalifikasiya olunub

23:00 02-03-2020 423

İngiltərə milli komandasının və Türkiyənin “Trabzonspor” klubunun sabiq hücumçusu Deniel Starric futboldan uzaqlaşdırılıb. 

İngiltərə Futbol Assosiasiyasının (FA) rəsmi saytı bildirib ki, futbolçuya qarşı yönəlmiş bu cəza iyunun 17-dək qüvvədə qalacaq.

Starrici pul qoyuluşu barədə qaydaları pozmaqda günahkar bilinir. Ona dörd həftəsi şərti olmaqla, altı həftə müddətinə diskvalifikasiya və 150 min funt sterlinq (170 min avro) cərimə cəzası kəsilib.