Bakıda 36 yaşlı kişi bıçaqlanaraq ağır xəsarət alıb

03:00 03-03-2020 577

Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, Hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü Əsgərov Pərviz Rafiq oğlu naməlum şəxslərlə mübahisə zəmnində bıçaq xəsarətləri alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan P.Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli