“Qəbələ”də mozambikli hücumçu

22:09 10-07-2019 728

Mövsüm hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

Klub saytı xəbər verir ki, “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb.

25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qəbələ” bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatıb.