Trampın həyat yoldaşının başqa kişi ilə öpüşməsi şəkilləri üzə çıxıb - FOTO

08:00 04-03-2020 510

Sosial şəbəkələrdə 2002-ci ildə çəkilən maraqlı şəkillər üzə çıxıb.

“Mirror” xəbər verir ki, 2002-ci ilin fevralında “New York” jurnalının üz qabığında çap edilən şəkillərin birində  sloveniyalı model Melaniya Knauss ehtirasla yanğınsöndürəni öpür.

Jurnalın xüsusi buraxılışı Sevgililər gününə və 2001-ci lin senyabrında baş verən terror aktında insanları xilas edən yanğınsöndürənləə həsr olunmuşdu.

Jurnalının bu buraxılışı “9/11-dən sonra sevgi” adlanır.

Qeyd etmək lazımdır ki, o zamanlar Melaniya o qədər məşhur olmasa da, artıq Donald Trampla görüşürdü.