Gəncədə yaşlı qadını döyüb xəstəxanalıq etdilər

22:20 04-03-2020 512

Gəncədə döyülmə hadisəsi baş verib. 

“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.  

Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər.  

Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.