İngilis futbolçu komanda yoldaşını nokdauna göndərdi – VİDEO

08:00 05-03-2020 549

“Lester”in hücumçusu Ceymi Vardi komanda yoldaşı Vilfred Ndidini nokdauna göndərib.

“Sports.ru” xəbər verir ki, bu futbolçuların boks məşqi zamanı baş verib.

Məşq zamanı C.Vardi “acımasız” fənddən istifadə edərək rəqibini yerə sərib.

Qeyd edək ki, İngilis Premyer-liqasının 28 turundan sonra “Lester” turnir cədvəlində üçüncü yerdədir.

Komandanı birinci yerdə olan “Liverpul”dan 29 xal ayırır.