Nadal və Federer Uimbldonda yenə üz-üzə

08:00 11-07-2019 611

İspaniyalı tennisçi Rafael Nadal və isveçrəli Rocer Federer Uimbldonun 1/4 finalında öz rəqiblərini məğlub ediblər və yarımfinalda üz-üzə gələcəklər.

Nadal amerikalı Sam Kuerrini məğlub edib: görüş 7:5, 6:2, 6:2 hesabla bitib.

Federer isə yaponiyalı Key Nisikorini 4 setdə yenib - 4:6, 6:1, 6:4, 6:4.

Qeyd edək ki, “Böyük dəbilqə” turnirlərində 100-cü qələbəsini rəsmiləşdirən Federer tennis aləmində rekorda imza atıb.  

R.Nadal və R.Federer 2008-ci ildən ilk dəfədir ki görüşəcəklər. 2006-2008-ci illərdə onlar ardıcıl 3 dəfə Uimbldonun finalında qarşılaşıblar. Bu görüşlərin ikisində daha yaşlı isveçrəli tennisçi qələbə qazanıb.

Əzəli rəqiblərin növbəti görüşü iyulun 12-də baş tutacaq.