Masallıda 30 yaşlı qadın bıçaqlandı

11:00 06-03-2020 487

Masallıda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, ötən gecə 1990-cı il təvəllüdlü Şəhanə Həşimova Masallı şəhərində yaşadığı evdə bıçaq xəsarəti alıb.

O, qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Yaralının vəziyyəti normal qiymətləndirilir. Hələlik onun izahatı alınmasa da, ilkin versiyaya görə, hadisə Ş.Həşimovanın qaynı arvadı tərəfindən törədilib.

Faktla bağlı araşdırma aparılır.