Natavandan şok sözlər: “Bu kişilərdə qadın hormonları çoxdur” - VİDEO

16:20 07-03-2020 523

“Verilişlərə məni dəvət edəndə deyirlər ki, kimi istəyirsənsə, səninlə gəlsin. Mən də dostlarımı aparıram. Biz də özünə “ulduz” deyənlər var. Deyirlər ki, verilişə tək gəlirəm. Gəlirsən, amma camaat darıxır”.

Axşam.az xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”da yayımlanan “Söhbətsiz” verilişində müğənni Natavan Həbibi deyib.

O, münasibətlərinin korlandığı dostlarından söz açıb:

“Dostlarıma və dostlarımızla münasibətlər hərdən dəyişilir. Amma mən bunları danışmağı xoşlamıram. Onun-bunun yanında bu mövzuları müzakirə etməyi sevmirəm. Bilirəm ki, vaxtı var. Dostumla münasibətdə dəyişiklik varsa, zamanını gözləyirəm. Bəzən dostlarım mənimlə araları dəyən kimi çıxıb danışırlar. Bunun əhəmiyyətini görmürəm. Sən niyə çıxıb danışmalısan ki? Baxıram ki, bu söhbətlər mətbəxdən necə çıxdı? Görürəm ki, tülkülük, çirkinlik edir. Onlar mənim təkrar dostum ola bilməz”.

Sənətçi verilişin aparıcısı Samir Bayramlının “Deyirlər ki, şou-biznesdə dostluq yoxdur” sözlərinə isə belə cavab verib:

“Şou-biznes elə sahədir ki, hamı eqo xəstəsidir. Yaradıcı insan eqoistdir. İstəyir ki, onu sevsinlər, onun verilişlərinə baxsınlar, onun gözəlliyinə heyran olsun. Hamı özünü fikirləşir. Ona görə də dostluqlar çətin alınır. Qısqanclıq yaranır. Sənin xarakterində yetərincə kişilik və mərdlik yoxdursa, sən qısqanırsan. Şou-biznesdəki bəylər dəqiq “bəy” deyillər. Şou-biznesdəki yaradıcı kişilərdə qadın hormonları yetərincə çoxdur. Şou-biznesin içində hormonlar bir az da artır. Kişilər qadınları qısqanır. Çünki hər ikisinin də tələbləri eynidir. Kişi də gözəl olmaq istəyir, qadın da. Kişi də nədənsə kliplərində soyunmaq istəyir. Artıq fərq yoxdur”.