Bakıda məktəblilər arasında dava düşüb: Bıçaqlanan var
23:40 07-03-2020 510
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
Səkkizinci sinif şagirdi, 2005-ci il təvəllüdlü Kazımov Sənan Kənan oğlu oxuduğu məktəbin 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, hər iki şagird Bakıxanov qəsəbəsində yerləşən orta məktəblərin birində oxuyurlar.