AFFA çempionatların təxirə salma müddətini artırdı

13:00 09-03-2020 442

AFFA təşkilatçılığı ilə keçirilən liqalarla bağlı yeni qərar qəbul edib.

HerGun.Az AFFA-nın saytına istinadən xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, “Coca Cola Məktəbli Kuboku”nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti uzadılıb.

Yarışlar 2020-ci il martın 27-dək təxirə salınıb. Öncədən liqaların oyunlarının təxirə salınması martın 10-dək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, buna koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin davam etdirilməsi səbəb olub.