ABŞ Avropaya bombardmançı qırıcılar göndərdi

04:20 10-03-2020 396

ABŞ Avropanın Azor adalarında yerləşən Lajeş bazasına strateji “B-2 Spirit” bombardmançı stelslərini göndərib.

“İnterfaks” xəbər verir ki, qırıcılar orada təlim uçuşları həyata keçirəcək.

Nüvə silahı daşıya bilən qırıcıların sayı barədə məlumat verilmir.

Məlumata əsasən, ABŞ bununla Avropa ölkələrinə onların maraqlarını qorumağa hazır olduğu barədə mesaj vermək istəyir.