Çilidə qarətçilər hava limanında 15 milyon dollar oğurladı

06:00 10-03-2020 334

 

Bir qrup silahlı qarətçi Çilinin paytaxtı Santyaqoda hava limanının ambarlarına basqın edərək 14 milyon dollar və 1 milyon avro oğurlamağa nail olub.

“24 oras”xəbər verir ki, təxminən 10 nəfər şirkətə aid yük maşınında ambara girərək inkassator avtomobilində olan pulları oğurlayıb.

Basqın nəticəsində iki nəfər xəsarət alıb.