Uqandalı varlı imamla evlənmək üçün qadın qılığına girdi

08:00 10-03-2020 310

27 yaşlı imam Məhəmməd Mutumba iddia edir ki 18 yaşlı Svabulla Nabukira ilə məsciddə tanış olub.

“Daily Mail” xəbər verir ki, Svabulla ilə evlənmək çün imam onun qohumlarına böyük məbləğdə pul ödəyib.

Dekabr ayında onların toyu olub. Məhəmməd iddia edir ki, toydan sonra “gəlin” fərqli bəhanələr gətirərək onun yanında soyunmaqdan və cinsi əlaqədə olmaqdan yayınırmış.

Bir neçə aydan sonra qonşusunun televizorunu oğurlamağa cəhd edən Svabulla həbs edilib.

Polis bölməsində onun kişi olması ortaya çıxıb. Həmin şəxsin əsl adı Riçard Tumuşabedir.

O, imamla pula görə evləndiyini etiraf edib.

Yeri gəlmişkən cinayətkarla birgə imam da həbs edilib. Onları “təbiətə zidd cinsi əlaqələrdə” günahlandırırlar. Hər iki şəxs ömürlük həbs edilə bilər.