Çin koronavirusa görə açdığı müvəqqəti xəstəxanaları bağlayır - FOTO

13:40 10-03-2020 327

Çinin Uhan şəhərində koronavirus səbəbindən açılan müvəqqəti xəstəxanalar bağlanılır.

“Haber Global”ın məlumatına görə, min çarpayılıq olan, qısa müddətdə inşa edilən xəstəxanaların müvəqqəti bağlanılması barədə qərar qəbul edilib.

Bunu Çində virusa yoluxma hadisəsinin azalması ilə əlaqələndirirlər.

Xəstəxanaların bağlanılması gərgin rejimdə işləyən tibb işçilərinin sevincinə səbəb olub.

Onlar bu xəbəri əllərində bayraqlar rəqs edərək qeyd ediblər.