Ramil Şeydayev Şamaxıda uşaqlarla futbol oynadı, Rəşad Sadıqovla səhv salındı - VİDEO

15:00 10-03-2020 425

Azərbaycan millisinin və “Sabah” klubunun futbolçusu Ramil Şeydayev doğma rayonu Kürdəmirdən qayıdarkən Şamaxıda uşaqlarla futbol oynayıb.

HerGun.Az xəbər verir ki, bu barədə futbolçu özü “Facebook” hesabında paylaşım edib. 

Ramil Şeydayev bildirib ki, futbol oynadıqdan sonra uşaqlarla söhbət edib: 

“Onlardan soruşdum ki, məni tanıdınız? Cavabında isə “bəli, sən Rəşad Sadıqovsan” dedilər”.

Qeyd edək ki, dünən Rusiya doğumlu Ramil Şeydayev atasının doğulduğu Kürdəmir rayonunun Cəyli kəndinə baş çəkib.