Sərnişin təyyarəsi biznes-jetlə toqquşdu - FOTO

20:00 10-03-2020 348

Laosda, Vyentyan şəhərinin hava limanında “Thai Airways” aviaşirkətinə məxsus təyyarə biznes-jetlə toqquşub.

Nəticədə kiçik ölçülü hava gəmisinin quyruq hissəsinə ciddi zərər dəyib.

Bu barədə “Jacdec News” özünün “Twitter” səhifəsində xəbər verib.

Sərnişin təyyarəsinə ciddi zərər dəymədiyi vurğulanıb.

Hadisə nəticəsində xəsarət alan yoxdur.